"Prezidentin təbrikindən xəbər tutdum, qürur hissi keçirdim"

14 Fevral 2020 10:38 Güləş 931
"Prezidentin təbrikindən xəbər tutdum, qürur hissi keçirdim"

“İlk dəfə bu çəkidə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İtaliyanın paytaxtı Romada Avropa çempionu titulunu qazanan Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanov deyib.

O bildirib ki, gözləmədiyi halda çempion olub: “İlk görüşdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni idi. Onu da məğlub etməyi bacardım.

Əlbəttə, cənab prezidentin və xanımının bizi təbrik etməsi motivasiyamızı artırır, gələcək yarışlar ərəfəsində daha da ruhlandırır. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir.

Bu təbriklərdən xəbər tutandan sonra qürur hissi keçirdim. Gələcəkdə dünya çempionatında və Olimpiadada da uğurumun davamını gətirməyə çalışacam”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"