Mehriban Əliyevadan təbrik: "İdman sahəsində növbəti böyük uğurumuz!"

13 Fevral 12:30 Güləş 165
Mehriban Əliyevadan təbrik: "İdman sahəsində növbəti böyük uğurumuz!"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib.

Sportinfo.az xəbər verir ki, Birinci vitse-prezidentin "Instagram" səhifəsində yerləşdirilən təbrikdə deyilir:

"İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb.

Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!

Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimiz:

Baş məşqçi - Aleksandr Tarakanov
Böyük məşqçi - Rövşən Bayramov

Şəxsi məşqçilər:
Sənan Süleymanovun (qızıl medal 77 kq) məşqçisi Azər Hüseynov
Rafiq Hüseynovun (qızıl medal 82 kq) məşqçisi Radik Huseynov
Eldəniz Əzizlinin (bürünc medal 55 kq) məşqçisi Turac Hüseynli
Murad Bazarovun (bürünc medal 60 kq) məşqçisi Vaqif Feyzullayev
Ülvi Qənizadənin (bürünc medal 72 kq) məşqçisi Elnur Müzəffərov
İslam Abbasovun (bürünc medal 87 kq) məşqçisi Bahadur Həziyev".

Xəbər Lenti
22 Fevral 23:50 Runinin 500-cü oyunu
22 Fevral 19:19 "Mən bundan qorxurdum"
22 Fevral 12:58 Neymar ən yaxşı seçildi
22 Fevral 09:56 Kapitandan üzücü xəbər
22 Fevral 01:52 MOİK yenə uduzdu - VİDEO