"Heç mən özüm də fəxri kürsüyə qalxacağıma inanmırdım"

12 Fevral 2020 16:14 Güləş 703
"Heç mən özüm də fəxri kürsüyə qalxacağıma inanmırdım"

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatında ilk qızıl medal Sənan Süleymanovdan (77 kq) gəldi.

Sportinfo.az xəbər verir ki, bütün rəqiblərinə qalib gələrək himnimizi səsləndirən gənc yunan-Roma güləşçimiz qələbə təəssüratlarını və yarışla bağlı fikirlərini Azərbaycan Güləş Federasiyasının rəsmi saytı ilə bölüşüb:

“İlk dəfə bu yarışda 77 kq-da çıxış etdim. Çəkim hal-hazırda 75 kq-dır. Ona görə də heç kim məndən medal gözləmirdi. Heç mən özüm də fəxri kürsüyə qalxacağıma inanmırdım.

Bu da rahat və heç bir təzyiq hiss etmədən güləşməyə imkan verirdi. Görüşdən-görüşə inamım artdı. İlk qarşılaşmada Bolqarıstan ermənisinə qalib gəldim.

Yarımfinalda qarşılaşdığım erməni həm fiziki cəhətdən, həm də təcrübəsinə görə məndən üstün idi. Ancaq onu da məğlub etməyi bacardım.

Finalda zərrəcə həyəcan keçirmirdim. Şükürlər olsun, xalçada bacardığımı ortaya qoyub, bayrağımızı dalğalandırdım. Çəkim az olduğu üçün parterdə xal qazanmaq şansımın yüksək olmadığını bilirdim.

Ona görə də çalışırdım ki, ayaqüstə xallar alım. Məşqçilərə mənə bu yarışda etimad göstərdikləri üçün minnətdarlığımı bildirirəm.

Məsləhət olsa, bundan sonra da 77 kq-da güləşmək istərdim. Qələbəmi buna sevinən hər kəsə, ən başda da ailəmə həsr edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu