Abbasov da qazandı - FOTO

12 Fevral 2020 00:56 Güləş 634
Abbasov da qazandı - FOTO

Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusu məğlubiyyətə uğradıb - 6:2.

Beləliklə, Azərbaycan millisi günü 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.

İslam Abbasov Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, əvvəlcə belaruslu Kiril Maskeviçi 3:2, 1/8 finalda polşalı Arkadiuş Kuliniçi 3:1, 1/4 finalda bolqarıstanlı Tarek Mohammed Abdelsalamı 4:3 (tuşe) hesabı ilə yendiyi halda, yarımfinalda macarıstanlı Viktor Lorintsə uduzub - 1:6.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"