Sənan və Sabah AÇ-da erməniyə qalib gəldi - FOTO

10 Fevral 2020 16:48 Güləş 609
Sənan və Sabah AÇ-da erməniyə qalib gəldi - FOTO

Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.

77 kq çəkidə mübarizə aparan idmançımız Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. O, təsnifat mərhələsində Aik Mnatsakanyana 5:3 hesabı ilə qalib gəlib. Süleymanov 1/8 finalda italıyalı Matteo Maffezzoli ilə qarşılaşacaq.

İslam Abbasov (87 kq) ilk mərhələdə yanvarda Fransa "Qran-pri"sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb - 3:2. O, 1/8 finalda polşalı Arkadiuş Kulini ilə üz-üzə gələcək.

Digər güləşçimiz Sabah Şəriəti (130 kq ) startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. O, prinsipial qarşılaşmada David Ovasapyana 3:0 qalib gəlib.

Bu gün Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) da mübarizəyə başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti