Yığmalarımızın Avropa çempionatı üçün heyəti açıqlandı

4 Fevral 2020 17:12 Güləş 574
Yığmalarımızın Avropa çempionatı üçün heyəti açıqlandı

Güləş üzrə Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq Avropa çempionatında ölkəmizi təmsil edəcək idmançıların adları bəlli olub.

Yığmaların heyəti Olimpiya Güləş Mərkəzində təşkil təlim-məşq toplanışı çərçivəsindəki açıq məşq zamanı açıqlanıb.

Sərbəst güləş: Əfqan Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakaraov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Camaləddin Məhəmmədov (125 kq).

Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Daurov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq).

Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız qitə birinciliyinə Bakıda hazırlaşır. Türkiyənin Ədirnə şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət millimizin heyəti isə yaxın günlərdə açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu