Avropa çempionunu öldürən idman müəllimi imiş… FOTOLAR

2 Fevral 2020 23:20 Güləş 1 156
Avropa çempionunu öldürən idman müəllimi imiş… FOTOLAR

Şamaxıda törədilən qətlin təfərrüatları məlum olub.

"Yeddi Gümbəz" qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb.

Sportinfo.az xəbər verir ki, 5 bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.

Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub.

Orxan Şamaxıda idman müəllimi işləyir. Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti