Türkiyə kanalı yığmamızdan VİDEO-REPORTAJ hazırladı

1 Fevral 2020 00:52 Güləş 1 362
Türkiyə kanalı yığmamızdan VİDEO-REPORTAJ hazırladı

Xəbər verdiyimiz kimi, qadınlardan ibarət güləş yığmamız Türkiyədə təlim-məşq toplanışı keçir.

Sportinfo.az xəbər verir ki, yanvarın 27-dən Ədirnədə məşqlərə başlayan millimiz Türkiyə və Çin Taypeyindən olan komanda ilə birgə hazırlığı davam etdirir.

Toplanış fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Yeri gəlmişkən, Türkiyənin "Beinsport" telekanalı 3 komandanın iştirakıyla baş tutan təlim-məşq toplanışından reportaj hazırlayıb.

Millimizin baş məşqçisi Aslan Ağayev Türkiyə Güləş Federasiyasına toplanışın təşkilində yaratdığı şəraitə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti