Güləş üzrə dünya çempionumuz avto-qəzada öldü

28 Yanvar 2020 15:15 Güləş 1 535
Güləş üzrə dünya çempionumuz avto-qəzada öldü

Sərbəst güləş üzrə Azərbaycan yığmasının keçmiş üzvü Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb. Sportinfo.az xəbər verir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib.

Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub. Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.

Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti