Azərbaycanın dünyada tanınan məşqçisi üçün özəl gün - VİDEO

5 Yanvar 2020 23:50 Güləş 1 165
Azərbaycanın dünyada tanınan məşqçisi üçün özəl gün - VİDEO

Bu gün Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun doğum günüdür.

Sportinfo.az xəbər verir ki, 5 yanvar 1977-ci ildə Qazax rayonunda anadan olmuş F.Umudovun 43 yaşı tamam olur.

Sərbəst güləş üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa çempionatının bürünc, tələbələr arasında dünya çempionatının gümüş medalını qazanmış və Dünya Kubokuna sahib olmuş Firdovsi Umudov 2005-ci ildən məşqçilik fəaliyyətinə başlayıb.

2007-08-ci illərdə yeniyetmələrdən ibarət yığmamızda, 2008-2016-cı illərdə isə əsas millidə böyük məşqçi kimi fəaliyyət göstərib. Güləşdəki xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən Şöhrət ordeni (2012), Azərbaycan prezidentinin fəxri diplomu (2015) və Tərəqqi medalı (2016) ilə mükafatlandırılıb.

Üç dəfə Azərbaycanda, bir dəfə isə dünyada ilin məşqçisi seçilib. Əməkdar məşqçi olan Firdovsi Umudov 2016-cı ildən 2018-ci ilədək millinin böyük və baş məşqçisi kimi çalışıb, komandamızın uğurları ilə Azərbaycanı dünyaya tanıdıb.

O, hazırda Federasiyanın vitse-prezidenti, Dövlət Sərhəd Xidmətinin zabitidir, polkovnik-leytenantıdır. F.Umudov həm də "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisidir.

Elə Firdovsi Umudovun özü də dəfələrlə vurğulayıb ki, “biz idmançıdan öncə, birinci növbədə əsgər yetişdiririk”. Döyüşkən əsgər ruhlu güləşçilərimiz elə bu psixologiya ilə vətənə medalla qayıdıblar.

Digər Xəbərlər
Xəbər Lenti