"Bu, bizi qane edə bilməz" - Federasiya ilə yekun vurdu

25 Dekabr 2019 16:26 Güləş 700
"Bu, bizi qane edə bilməz" - Federasiya ilə yekun vurdu

Azərbaycan Güləş Federasiyası (AGF) ilin yekunları ilə bağlı tədbir keçirib. Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə AGF rəhbərliyi, federasiyanın əməkdaşları və yığmaların məşqçiləri iştirak edib.

Federasiyanın prezident əvəzi Namiq Əliyev güləş ictimaiyyətini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib. O, Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına iki lisenziya qazandıqlarını xatırladaraq, bu sayın qaneedici olmadığını söyləyib:

"Bu il Qazaxıstanda keçirilən dünya çempionatında Olimpiadaya iki lisenziya qazandıq. Əlbəttə, bu say bizi qane edə bilməz. 2020-ci ildə daha çox lisenziya qazanmalıyıq. Ümid edirəm ki, olimpiadada da uğurlu çıxış edəcəyik. Çünki bütün idmansevərlərin əsas medal gözləntisi güləşdəndir. Biz də ümidləri doğrultmalıyıq. Federasiyanın hər bir əməkdaşının qazanılan uğurlarda payı var. Bizim mehriban kollektivimiz var və bir ailə kimiyik. Tokio-2020 Yay Olimpiya Oyunlarında onun ümidlərini doğruldacağımıza inanıram. Tədbirimizdə Mariya Stadnik də iştirak edir. O, dünya çempionatında əsl xarakter göstərərək qızıl medal qazandı. İnanıram ki, nəhayət, qarşıdan gələn olimpiadada arzusuna çataraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq".

Tədbirdə AGF-nin vitse-prezidentləri - Elçin Cəfərov, Firdovsi Umudov, Namiq Abdullayev, idman şöbəsinin müdiri Yaqub Məmmədov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və qadınlardan ibarət yığmamızın baş məşqçisi Aslan Ağayev də fikirlər səsləndirib. Çıxış edənlərin əsas arzusu məhz "Tokio-2020"də güləşçilərin uğurlar qazanması və növbəti ildə bu uğurları qeyd etmək olub.

Digər Xəbərlər
Xəbər Lenti