Yapona heç bir şans tanımayan Emin 11:1 qalib gəldi, dünya üçüncüsü oldu

04:10 Güləş 74
Yapona heç bir şans tanımayan Emin 11:1 qalib gəldi, dünya üçüncüsü oldu

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib.

Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!