"Bizi Bakıda olduqca səmimi və yüksək səviyyədə qarşıladılar" - Ermənistanlı güləşçi

07:10 Güləş 86
"Bizi Bakıda olduqca səmimi və yüksək səviyyədə qarşıladılar" - Ermənistanlı güləşçi

Ermənistanlı güləşçilər Bakıda səmimi və yüksək səviyyədə qarşılanıblar.

Sportinfo.az xəbər verir ki, bunu Bakıda təşkil olunan U-17 dünya çempionatında qızıl medal qazanan ermənistanlı güləşçi Yanes Nazaryan (71 kq) jurnalistlərə açıqlamasında deyib.

O, qələbə qazandığı üçün sevindiyini və Bakıda keçirilən mundialın yüksək səviyyədə təşkil oldunduğunu bildirib:

"Əhval-ruhiyyəmiz çox yaxşıdır. Burada bizi olduqca səmimi və yüksək səviyyədə qarşıladılar. Yarış yüksək səviyyədə təşkil olunub və iştirakçılar da kifayət qədər güclü idilər. Qalib gəldiyim üçün sevincliyəm".

Y.Nazaryan təşkilati baxımdan heç bir problemlə üzləşmədiklərini vurğulayıb:

"Bakıda keçirilən dünya çempionatında iştirakımız üçün bütün zəruri şərait yaradılıb. Bizi çox yaxşı qarşıladılar və rahat hazırlıq keçməyimiz, eləcə də yarışda çıxış etməyimiz üçün hər cür imkan yaratdılar".

Yanes Nazaryan finalda rusiyalı Aslan Dzuevə qalib gələrək qızıl medala sahib çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!