Ermənistan komandası da Bakıya gələcək - Bu tarixdə

22 İyul 08:50 Güləş 347
Ermənistan komandası da Bakıya gələcək - Bu tarixdə

Ermənistanı təmsil edən güləşçilər Bakıda keçiriləcək güləş üzrə 17 yaşadək (U-17) idmançılar arasında dünya çempionatında iştirak edəcəklər.

Sportinfo.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, Ermənistan təmsilçiləri Bakıdakı çempionatda 16 idmançı ilə təmsil olunacaqlar.

Sözügedən turnir iyulun 27-dən avqustun 2-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti