Bu titula sahib ilk qadın güləşçimiz oldu - Ruzanna Məmmədova

12 İyul 04:20 Güləş 359
Bu titula sahib ilk qadın güləşçimiz oldu - Ruzanna Məmmədova

Şimali Makedoniyanın Skopye şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Sportinfo.az Güləş Federasiyasına istinadən xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb. Rəqibinə 6:0 hesabı ilə qalib gələn həmyerlimiz titulunu qoruyub.

Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi ünvanına sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!