Ruzanna Məmmədova Avropa çempionu tituluna yiyələndi

11 İyul 05:00 Güləş 382
Ruzanna Məmmədova Avropa çempionu tituluna yiyələndi

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Şimali Makedoniyanın Skopye şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb.

Rəqibinə 6:0 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U-20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi olub.

Zəhra Kərimzadə (72 kq) isə gərgin mübarizə şəraitində keçən bürünc medal görüşündə Türkiyənin digər təmsilçisi İlayda Çinə 9:11 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!