Azərbaycanın tanınmış qadın idmançısı karyerasını başa vurdu

3 Fevral 2025 01:20 Güləş 709
Azərbaycanın tanınmış qadın idmançısı karyerasını başa vurdu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, güləşçi bu barədə instaqram hesabında paylaşım edib.

“Adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram.

İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm”.

M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi