COP29

Abbasov olimpiadaya lisenziya qazana bilmədi

25 Sentyabr 2023 01:20 Güləş 407
Abbasov olimpiadaya lisenziya qazana bilmədi

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Nursultan Tursunovla üz-üzə gəlib.

Rəqibinə uduzan Abbasov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Murad Məmmədov (63), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən isə Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıblar.

Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!