Hüseynov karyerasında ikinci dəfə dünya çempionu oldu

23 Sentyabr 2023 08:20 Güləş 598
Hüseynov karyerasında ikinci dəfə dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, o, finalda iranlı rəqibi Əlirza Mohmadipianini məğlub edib.

Bununla da R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionluğu qazanıb.

O, ilk dəfə 2021-ci ildə Norveçin paytaxtı Osloda bu uğuru əldə edib.

Daha əvvəl Eldəniz Əzizli 55 kq-da dünya çempionu olub. Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM