Dünya çempionatında yarımfinala yüksəldi - JALƏ

14 Sentyabr 2022 18:40 Güləş 487
Dünya çempionatında yarımfinala yüksəldi - JALƏ

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Culiya Oliveyranı (Braziliya), daha sonra isə Ester Kolavoleni (Nigeriya) məğlub edib.

Əliyeva finala gedən yolda Tsuqumi Sakurai (Yaponiya) ilə görüşəcək.

59 kq-dakı Alyona Kolesnik 1/4 finalda Sakura Motokiyə (Yaponiya) uduzub.

Bu gün həmçinin 65 kq-dakı Elis Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) üz-üzə gələcək.

Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb.

Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti