Azərbaycan millisi Avropa çempionatında 3-cü yeri tutdu

5 İyul 2024 04:00 Güləş 1 223
Azərbaycan millisi Avropa çempionatında 3-cü yeri tutdu

U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

SportinfoL.a xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyinə yollanan millimiz 4 medal qazanıb.

İsmayıl Rzayev (82 kq) gümüş,Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib.

Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3️-cü yeri tutub.

Türkiyə (123) birinci, Gürcüstan (116) isə ikinci olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!