Avropa çempionu olmuş millimizin dünya çempionatı üçün heyəti

22 İyul 2021 23:00 Güləş 745
Avropa çempionu olmuş millimizin dünya çempionatı üçün heyəti

Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələrin dünya çempionatı üçün heyəti açıqlanıb.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, dünən turnirə yollanan yığmanın heyətində böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Rəhman Kərimov (51 kq), Məhəmməd Şükürzadə (55 kq), Fərid Xəlilov (60 kq), İsmayıl Rzayev (65 kq), Ruslan Nurullayev (71 kq), Cocu Səmədov (80 kq) və Əli Quliyev (92 kq) yer alıb.

Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərin ilk rəqibləri müəyyənləşəcək.

Yığma ötən ay Bolqarıstanın Samokov şəhərində komanda hesabında Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!