Azərbaycan bayrağına bürünən qəhrəman Mariya - VİDEO

23 Aprel 2021 09:40 Güləş 1 121
Azərbaycan bayrağına bürünən qəhrəman Mariya - VİDEO

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması ilk qızıl medalını dördüncü yarış günündə qazanıb.

Qadınların 50 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik 1,5 illik fasilədən sonra qayıtdığı güləş xalçasında qitənin ən güclüsü olduğunu bir daha təsdiqləyib.

Bir gün öncə 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, yarımfinalda Oksana Livaçı (Ukrayna) 10:4 hesabı ilə məğlub edən Mariya, bu gün finalda Miqlena Selişka (Bolqarıstan) üzərində qələbə qazanıb – 7:2.

Bu, Stadnikin Avropa çempionatlarında 8-ci qızıl medalı olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...