Bir azərbaycanlı qızıl, ikisi bürünc medal qazandı

28 Fevral 2021 01:10 Güləş 933
Bir azərbaycanlı qızıl, ikisi bürünc medal qazandı

Azərbaycan sərbəst güləşçisi Əli Rəhimzadə Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan Rəhimzadə finalda qırğızıstanlı Ernazar Axmataliyevə qalib gəlib - 5:4.

Beləliklə, Azərbaycan pəhləvanları günü 1 qızıl, 2 bürünc medalla başa vurublar. Bürünc medallara 65 kq çəkidə sərbəst güləşçi Turan Bayramov və 50 kq çəkidə sərbəst güləşçi Türkan Nəsirova sahib çıxıb.

Daha əvvəl Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Hacıyev (70 kq) finala yüksəlib. Həlledici görüşlər fevralın 28-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi