Azərbaycan millisi Ukraynada təlim-məşq toplanışına başladı

13 Fevral 2021 00:14 Güləş 891
Azərbaycan millisi Ukraynada təlim-məşq toplanışına başladı

Qadın güləşi üzrə Azərbaycan millisi bu gün növbəti təlim-məşq toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, yığma baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Ukraynanın paytaxtı Kiyevdə hazırlıq keçir.

Fevralın 25-dək davam edəcək hazırlıq prosesi "Konça-Zaspa" Olimpiya Kompleksində gerçəkləşir.

Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) iştirak edir.

Toplanış başa çatdıqdan sonra komandanın fevralın 26-dan 28-dək Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarışda iştirakı nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti