“Həmin “qızıl” üçün çox çalışacağıq”: Yığmanın baş məşqçisi

18 Yanvar 2021 11:00 Güləş 771
“Həmin “qızıl” üçün çox çalışacağıq”: Yığmanın baş məşqçisi

“Yunan-Roma güləşində 6 çəkidə mübarizə baş tutacaq.

Olimpiadaya qatılan idmançıların hamısı medal qazanmaq istəyir. Bütün çəkilərdə təmsil olunmaq istəyirik“.

Sportinfo.az xəbər verir ki, bu sözlər yunan-Roma güləşi yığmamızın baş məşqçisi Aleksandr Tarakanova aiddir.

O, koronavirus pandemiyası üzündən bu il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarında hədəflərinin ən azı 1 qızıl medal olduğunu deyib:

“Əlbəttə, bir yığmanın 6 çəkinin hamısında güləşçisinin olması çox çətindi. Lakin təsadüfən ola bilər. Qarşıdakı turnirlərdə idmançılarımızın durumuna baxacağıq.

Olimpiadada bütün çəkilərdə təmsil olunmaq əla olardı. Ancaq bizim üçün önəmli olan 1 qızıl medal qazanmaqdı. Həmin “qızıl” üçün çox çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!