Azərbaycan yığmasının lideri YENƏ PROBLEM YAŞADI

17 Yanvar 2021 13:20 Güləş 870
Azərbaycan yığmasının lideri YENƏ PROBLEM YAŞADI

Azərbaycanın sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov zədələnib.

Sportinfo.az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan 33 yaşlı pəhləvan Fransanın Nitsa şəhərində keçirilən Qran-pridə problemlə üzləşib.

Qrup sistemi ilə gerçəkləşən mübarizədə əvvəlcə Gürcüstan təmsilçisi Givi Matçaraşviliyə 3:8 hesabı ilə uduzan Şərifov daha sonra Rumıniyadan olan Mixael Manyaya qalib gəlib - 11:0.

Lakin bu qələbə təcrübəli güləşçiyə zədə bahasına başa gəlib. Nəticədə o, ABŞ pəhləvanı Kayl Snayderlə yarımfinal, Polşadan olan Radoslav Baranla isə bürünc medal görüşünə çıxa bilməyib.

Şərif Şərifov 2011-ci ildə Türkiyənin İstanbul şəhərində dünya, 2012-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda olimpiya və 2019-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"