"Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq olmaz"

16 Yanvar 2021 23:40 Güləş 1 019
"Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq olmaz"

Yunan-Roma güləşi yığmamız İstanbulun Sarıyer bölgəsində yerləşən Mersinli Ahmet adına təlim-məşq mərkəzində hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, vaxtilə Türkiyədə çalışan yığmanın baş məşqçisi Aleksandr Tarakanov “Anadolu” agentliyinə açıqlamasında yaradılan şəraitdən mənunluğunu ifadə edib:

“Güclü komanda olan Türkiyə ilə birgə təlim-məşq toplanışı keçirik. Bundan çox məmnunuq. Türkiyə millisinin çox yaxşı güləşçiləri var. Onlarla məşqlərdə çatışmazlıqları və səhvləri görürük.

Türkiyə ilə Azərbaycan dost və qardaş ölkələrdi. İki qardaş dövlətin milliləri birlikdə hazırlıq keçir. Burda özümüzü əcnəbi kimi hiss etmirik. Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq olmaz.

Əl-ələ verib uğurlu nəticələrə çalışacağıq. Federasiyamıza minnətdarlığımızı bildirirəm. Yaxşı şərait yaradıblar. Qardaş ölkədə hazırlaşmağımıza dəstək verdilər.

Avropa və dünya çempionatlarından öncə də Türkiyə yığması ilə birlikdə çalışmaq istəyirik. Bizə yaradılan şəraitə görə Türkiyə Güləş Federasiyasına da təşəkkür edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi