"Azərbaycan yığması ilə birlikdə məşq etmək yaxşıdır"

14 Yanvar 2021 16:40 Güləş 695
"Azərbaycan yığması ilə birlikdə məşq etmək yaxşıdır"

Türkiyənin tanınmış yunan-Roma güləşçisi Rıza Kayaalp Azərbaycan millisi ilə keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, "Anadolu" agentliyinə açıqlama verən 4 qat dünya və 9 qat Avropa çempionu hazırlıq prosesindən məmnun qaldığını bildirib.

Azərbaycan və Türkiyə yığmaları 15 - 17 yanvarda Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirak edəcək. 32 yaşlı təcrübəli güləşçi gənc idmançıların məşqlərə qoşulduğunu söyləyib:

"Məşq ortağı barədə problemim yoxdur. Azərbaycan yığması ilə birlikdə məşq etmək yaxşıdır. Fərqli güləşirik. Onların da bizə faydası var, amma bu məşqlər daha çox onlar üçün faydalıdır.

Özüm aqressiv üsluba sahib olduğumdan, azərbaycanlı rəqiblərimiz bu cəhətləri inkişaf etdirirlər. Vacib olan özümüzü inkişaf etdirmək, bir-birimizdən faydalanmaq və dostlarla məşq etməkdir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"