"Mən heç vaxt onun məşqçilik bacarığına şübhə ilə yanaşmamışam"

10 Yanvar 2021 11:20 Güləş 729
"Mən heç vaxt onun məşqçilik bacarığına şübhə ilə yanaşmamışam"

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev yeni baş məşqçi Namiq Abdullayev haqda danışıb.

Sportinfo.az xəbər verir ki, titullu idmançı onun rəhbərliyi altında ümidləri doğrultmağa çalışacaqlarını söyləyib:

“Namiq Abdullayev olimpiya çempionu kimi hər birimizin fəxridir. Onun idmançı karyerası və göstərdiyi xarakter bizim üçün nümunədir. Mən də daxil olmaqla, bir çox idmançının kumiridir.

Əlbəttə, belə insanın rəhbərliyi altında çalışmaq qürurvericidir. Yığma komandanın üzvləri onun bilik və bacarığından, təcrübəsindən faydalana bilər.

Fürsətdən istifadə edib qeyd edim ki, bu yaxınlarda mətbuatdan çıxan müsahibəm bəzi media orqanlarında yanlış formada şərh olunub.

Təəssüf ki, fikirlərim fərqli şəkildə yozulub və bu da məni olduqca məyus etdi. Mən heç vaxt Namiq Abdullayevin məşqçilik bacarığına şübhə ilə yanaşmamışam.

Belə fikir səsləndirməyim əsla mümkün deyil. Əksinə, inanıram ki, güləşçi kimi adını idman tariximizə yazan Namiq Abdullayev məşqçi kimi də millidə uğur qazanacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"