Azərbaycan yığmasının daha bir üzvü karyerasını bitirdi

8 Yanvar 2021 22:40 Güləş 1 217
Azərbaycan yığmasının daha bir üzvü karyerasını bitirdi

Azərbaycan sərbəst güləşçisi Aleksandr Qostiyev karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, o, 33 yaşında güləşlə vidalaşmaq qərarına gəlib.

Aleksandr Qostiyev 2011-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışıb. Qostiyev bu müddətdə bir sıra beynəlxalq turnirlərdə qızıl medal qazanıb.

O, 2012-ci il Avropa çempionatında bürünc, 2016, 2017 və 2018-ci illərdə isə gümüş medala sahib olub.

Daha əvvəl Cəbrayıl Həsənov karyerasını başa vuraraq məşqçiliyə başlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti