“Təminat ilə bağlı hər hansı sıxıntıdan söhbət gedə bilməz“

8 Yanvar 2021 11:00 Güləş 905
“Təminat ilə bağlı hər hansı sıxıntıdan söhbət gedə bilməz“

“Pandemiya ilə əlaqədar 2020-ci ildə yalnız Fərdi Dünya Kubokunda iştirak edə bildim.

Ümid edirəm ki, bu il UWW-nin təqvim planında yer alan yarışlarla bağlı hər hansı problem yaranmaz".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın 3 qat Avropa və 3 qat dünya çempionu olan sərbəst güləşçisi Hacı Əliyev federasiyanın rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı yığma üzvü yarışlara ciddi şəkildə hazırlaşdıqlarını vurğulayıb: "Məqsədimiz əvvəlcə Olimpiadaya lisenziya qazanmaq, daha sonra isə Tokioda ölkəmizi uğurla təmsil etməkdir".

Əliyev azarkeşlərə səslənib: “Güləş ölkəmizə ən çox olimpiya medalı bəxş edən idman növüdür. Ona görə də bizdən gözləntilər böyükdür.

Güləşsevərlərə demək istəyirəm ki, Azərbaycan Güləş Federasiyası tərəfindən bütün şərait yaradılıb və təlim-məşq toplanışları ən yüksək səviyyədə davam edir.

Qida, məskunlaşma və vitamin təminatı ilə bağlı hər hansı sıxıntıdan söhbət gedə bilməz. Lisenziya turnirlərinə qədər ölkə xaricində də toplanışların da keçirilməsi nəzərdə tutulub.

Bütün bu görülən işlərin qarşılığında güləşçilərimizin növbəti dəfə ümidləri doğruldacağına inanıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti