"Onların qarşısında dayanmaq çətin məsələdir, çempion olsam…"

2 Yanvar 2021 14:40 Güləş 733
"Onların qarşısında dayanmaq çətin məsələdir, çempion olsam…"

"Tam olaraq heç nə bilmirəm, amma qismət olsa, olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram".

Sportinfo.az xəbər verir ki, sərbəst güləş üzrə millinin kapitanı Hacı Əliyev belə deyib.

3 qat dünya və 3 qat Avropa çempionu gələcək karyerası barədə hələ yekun qərar vermədiyini söyləyib:

"Olimpiya çempionluğundan sonra idmanı dayandıra bilərəm. Apreldə 30 yaşım olacaq. Düşünürəm ki, yaşım da böyük idman üçün çoxdur.

Dünyada 21, 22 və 25 yaşda istedadlı, gənc idmançılar yetişir. Onların enerjilərinin, güclərinin qarşısında dayanmaq çətin məsələdir. Olimpiya çempionu olsam, idmanı qalib kimi buraxa bilərəm".

Digər Xəbərlər
Xəbər Lenti