Yığmamızın lideri təcili xəstəxanaya yerləşdirildi - VİDEO

19 Dekabr 2020 13:40 Güləş 1 633
Yığmamızın lideri təcili xəstəxanaya yerləşdirildi - VİDEO

Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda sərbəst güləş üzrə Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev ciddi zədə alıb.

Sportinfo.az xəbər verir ki, Fransanı təmsil edən çeçen Elman Muxtarovla görüşün ortasında Hacının qabırğasındakı zədə ona mane olub.

Həkimlərin tibbi müdaxiləsindən sonra idmançımız görüşü sona çatdırıb və 10:4 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Lakin idmançımızı dərhal tibbi yardım maşını ilə xəstəxanaya aparıblar. Bu üzdən Hacı Əliyev mükafatlandırma mərasiminə qatıla bilməyib.

Onun əvəzinə medalı götürməyə kürsüyə sərbəst güləş üzrə millimizin massajçısı Turan çıxıb.

Artıq Hacı Əliyevin durumu yaxşıdır və o, saytımıza açıqlamasında hoteldə olduğunu, özünü yaxşı hiss etdiyini bildirib.

Bu gün komanda Bakıya qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”