Qabırğası əzilən Hacı Əliyev xarakter göstərdi, bürünc medal qazandı

19 Dekabr 2020 00:00 Güləş 722
Qabırğası əzilən Hacı Əliyev xarakter göstərdi, bürünc medal qazandı

Azərbaycanın daha bir sərbəst güləşçisi Fərdi Dünya Kubokunda medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 65 kq-da Hacı Əliyev 3-cü yer uğrunda görüşdə Fransa təmsilçisi İlman Muxtarovla üz-üzə gəlib.

1/4 finalda keçirdiyi görüşdə qabırğasından ciddi zədə alan güləşçinin bu gün xalçaya çıxması sual altında idi. Ağrılara baxmayaraq, əsl çempionlara xas xarakter göstərən Əliyev rəqibinə 10:4 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.

Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda final görüşünə çıxıb.

61 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Abashacı Məhəmmədovla üz-üzə gəlib. Rəqibinə 1:5 hesabı ilə uduzan Qvarzatilov gümüş medalla kifayətlənib.

Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti