Əliyevin halı olmadı, onun yerinə yığmanın masajçısı çıxdı

19 Dekabr 2020 00:42 Güləş 2 200
Əliyevin halı olmadı, onun yerinə yığmanın masajçısı çıxdı

Serbiyanın paytaxtı Belqraddakı Fərdi Dünya Kubokunda bürünc medal qazanan Hacı Əliyev (65 kq) mükafatlandırma mərasimində iştirak etməyib.

Sportinfo.az xəbər verir ki, üçqat dünya və Avropa çempionu olan sərbət güləşçi zədəli olduğu üçün onun əvəzinə fəxri kürsüyə yığmanın masajçısı çıxıb.

Hacı Əliyev dünən 1/4 final mərhələsində qırğızıstanlı Ernazar Akmataliyevlə görüşdə (6:4) qabırğasından zədələnib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!