Hacı 2 dəqiqəyə dünya çempionundan intiqamını aldı - VİDEO

17 Dekabr 2020 21:00 Güləş 1 697
Hacı 2 dəqiqəyə dünya çempionundan intiqamını aldı - VİDEO

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda 1/4 finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 3 qat dünya və 3 qat Avropa çempion 1/8 finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidovla üz-üzə gəlib.

Əliyev 2-ci dəqiqənin sonunda rəqibinə fənn tətbiq edib və 4:0 önə keçib. Həmin vaxt Rəşidov zədələnib. O, görüşə davam edə bilmədiyi üçün azərbaycanlı pəhləvan növbəti mərhələyə vəsiqə qazanıb.

Bu rəqiblərin 2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatındakı görüşü qalmaqalla yekunlaşmışdı. Əliyev qəsdən uduzdurulduğunu iddia edərək hakimlərdən narazılığını onlara qırmızı vərəqə göstərməklə nümayiş etdirmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!