"İstəsək də, istəməsək də, xalçada düşmənçilik olacaq".
Sportinfo.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi Gevorq Aleksanyan deyib.
Erməni idmançıların Azərbaycan və Türkiyə güləşçiləri ilə mümkün qarşılaşmasına münasibət bildirən çalışdırıcı onları sırf bu görüşlər üçün hazırlamağın uğursuzluqla nəticələnəcəyini etiraf edib:
"Bizim vəzifəmiz bunu azaltmaqdır. Biz yarışa yalnız azərbaycanlı və ya türkləri məğlub etmək üçün getsək, uduzacağıq. Çünki yalnız bir idmançıya qarşı məşq edə bilməzsiz".

