"Özümü narahat hiss edəndə yenidən test verdim, bu dəfə isə..."

12 Dekabr 2020 23:00 Güləş 1 156
"Özümü narahat hiss edəndə yenidən test verdim, bu dəfə isə..."

İkiqat Avropa çempionu Rafiq Hüseynovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda iştirak etməməsinin səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 32 yaşlı idmançının özü məlumat verib.

Hüseynov iki həftə əvvəl koronavirusa yoluxduğu üçün yarışa gedə bilmədiyini vurğulayıb: "Müalicə olunmuşan. Hazır olmadığım üçün yarışa getmədim. İndi özümü yaxşı hiss edirəm və karantin müddətim sabah bitir, sabah da təkrar test verəcəyəm".

82 kq çəki dərəcəsində çıxış edən təcrübəli güləşçi təlim-məşq toplanışı vaxtı testlərin mənfi olduğunu vurğulayıb: "Hazırlıq prosesindən sonra evə qayıtdım. Özümü narahat hiss edəndə yenidən test verdim, bu dəfə isə müsbət oldu".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!