Azərbaycan yığmasının üzvü ermənini döşəyə çırpdı - FOTO

12 Dekabr 2020 21:20 Güləş 932
Azərbaycan yığmasının üzvü ermənini döşəyə çırpdı - FOTO

Azərbaycanın yunan-Roma güləşçisi İslambek Dadov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yükləsib.

67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Ermənistan təmsilçisi Slavik Qalstyanla üz-üzə gəlib.

Qarşılaşma Dadovun qələbəsi ilə yekunlaşıb. O, 1/8 finalda Nilton Qarsiyanı (Peru), təsnifat mərhələsində isə Ruben Marvikeni (İtaliya) məğlub edib.

55 kq-dakı Eldəniz Əzizli 1/4 finalda, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) 1/8 finalda, Sənan Süleymanov isə təsnifat mərhələsində uduzub.

Onlar rəqibləri finala çıxacağı təqdirdə təsəlliverici görüşdə iştirak edəcəklər.

Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti