Futzal üzrə Azərbaycan Birinci Liqasında maraqlı hadisə baş verib. Sportinfo.az xəbər verir ki, 1-ci liqanın 28-ci turu çərçivəsində "Marafon" və "Kinq Elektrik" üz-üzə gəlib. Matçın birinci hissəsinin 13-cü dəqiqəsində "Marafon"un iranlı futzalçısı Ali Asghar topla sözün əsl mənasında rəqs edib. Həmin görüntüləri sizlərə təqdim edirik.

