Final mərhələsinə vəsiqə millimizə 5000 manat qazandırdı

15 Aprel 2017 13:24 Futzal 643
Final mərhələsinə vəsiqə millimizə 5000 manat qazandırdı

Azərbaycan futzal yığması tarixində 5-ci dəfə Avropa çempionatının final mərhələsinə çıxıb. Sportinfo.az xəbər verir ki, milimiz 2 ildən bir keçirilən son qtə birinciliyinin həlledici mərhələrinin hamısında - 2010, 2012, 2014 və 2016-cı illərdə iştirak edib.

Yəni bu, ardııcl 5-ci uğurdu. Bunlardan ən yaxşı nəticə startda olub. Yeddi il öncə Macarıstanda keçirilən həlledici mərhələdə yarımfnaladək irəliləyən futzalçılarımız əvvlə yarımfinalda, sonra 3-cü yer uğrunda oyunda uduzaraq 4-cü olubar.

2012 və 2014-cü illərdə müvafiq olaraq Xorvatiya və Macarıstanda keçirilən final mərhələlərində mübarizəni elə qrupda dayandırmalı olduq. Nəhayət, 2016-cı ildə millimiz Serbiyada keçirilən həlledici mərhələdə qrupdan çıxsa da, mübarizəni 1/4 finalda dayandırıb.

Futzal yığmamız Avropa çempionatının final mərhələsində 12 oyun keçirib ki, bunun 5-də meydanı qalib, 7-də məğlub tərk edib. Görnüdüyü kimi, millimizin hesabında heç-heçə yoxdu. Topların 41-53 rəqiblərin xeyrinədi.
Biro Jadenin baş məşqçisi olduğu millimiz gələn il Sloveniyada keçiriləck final mərhələsinə vəsiqəni Bakı İdman Sarayında keçirilən əsas seçmə mərhələdə qrup lideri kimi yüzfaizli nəticə ilə qazanıb. Sportinfo.az-ın məlumatına görə, bu qələbə komandanın hər bir üzvünə 5000 manat qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti