
Futzal üzrə millimizin qapıçısı Rövşən Hüseynliyə xarici klublardan təklif gəlib.
Sportinfo.az xəbər verir ki, bu barədə 29 yaşlı qolkiper özü İTV-yə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, dünya çempionatının elit-raundundakı çıxışından sonra 3 fərqli ölkədən 4 klubun maraq dairəsinə düşüb.
Azərbaycan yığması elit-raundda qrupu 4 xalla 3-cü yerdə başa vuraraq, mübarizəni dayandırıb.