Azərbaycan futzal yığmasının sabiq baş məşqçisi Joze Alesio AFFA-dan üzr istəyib. Sportinfo.az xəbər verir ki, bu haqda AFFA İcraiyyə Komitəsinin üzvü, Futzal Federasiyasının prezidenti Zaur Axundov jurnalistlərə açıqlamasında bildirib.
O, Azərbaycandan qalmaqalla ayrılan braziliyalı mütəxəssis səhvini başa düşdüyü söyləyib: "Bizə məktublar yazdı, üzr istədi, Serbiyada gördüşdük, danışdıq. Hər şey ola bilər. Baş məşqçi kim olursa-olsun nəticə lazımdı".

