Futzal üzrə Avropa çempionatının final mərhələsində birbaşa iştirak edəcək 7 komanda müəyyənləşib. Sportinfo.az xəbər verir ki, Azərbaycan ilə yanaşı, Rusiya, Qazaxıstan, İspaniya, Portuqaliya və Ukraynanın həlledici mərhələdə çıxışı artıq dəqiqləşib. Sloveniya isə final mərhələsinin ev sahibi kimi birbaşa vəsiqə qazanıb.
Final mərhələsinə düşmək uğrunda daha 8 yığma isə pley-offda mübarizə aparacaq. Bunlar Fransa, Çexiya, Serbiya, Rumıniya, Xorvatiya, Gürcüstan, Macarıstan və ən yaxşı 3-cü yerin sahibi olan Filandiya millisidir. Bu yığmalardan Macarıstan millimizin yer aldığı B qrupunda 2-ci yeri tutub.
Futzal yığmamız Bakı İdman Sarayında keçirilən əsas seçmə mərhələni yüzfaizli nəticə - 9 xalla qrup lideri kimi bitirib. Pley-off oyunları bu ilin sentyabrın 10-13-ü və 24-27-də keçiriləcək. Final mərhələsi ilə 2018-ci ilin əvvəlində olacaq.

