FOTO - "Hiss edirdim ki, oyunçularım əsəbi və gərgindilər"

12 Aprel 2017 00:34 Futzal 642
FOTO - "Hiss edirdim ki, oyunçularım əsəbi və gərgindilər"

“Həm qələbə, həm də final mərhələsinə vəsiqə qazanması münasibətilə Azərbaycan millisini təbrik edirəm” - Sportinfo.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Macarıstan komandasının baş məşqçisi Sito Rivero deyib.

AÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşan macarlar meydaçanı 1:6 hesablı məğlubiyyətlə tərk ediblər. Matçdan sonra çalışdırıcı fikirlərini bölüşüb: “Oyuna gəldikdə isə, ikinci hissənin ortalarına qədər 5-in 4-ə çıxış edirdik. Hiss edirdim ki, oyunçularım əsəbi və gərgindilər.

Rəqibin vurduğu dördüncü qoldan sonra mübarizə bizim üçün bitdi. Azərbaycan millisinin üzvləri yüksək səviyyədə çıxış etdilər və onlar istənilən rəqibə qarşı mübarizə aparacaq gücdədirlər. Biz isə pley-off mərhələsindəki rəqibimizi gözləyəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti