Millimizin baş məşqçisi anons etdi: "Güclənməliyik"

12 Aprel 2017 00:24 Futzal 669
Millimizin baş məşqçisi anons etdi: "Güclənməliyik"

Azərbaycan futzal millisinin baş məşqçisi Biro Jade Avropa çempionatının final mərhələsində vəsiqə qazandıqları Macarıstan ilə matçdan sonra mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis 6:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra jurnalsitlərin suallarını cavablandırıb.

- İlk növbədə AFFA -nın baş katibi Elxan Məmmədovu, Futzal Federasiyamızın prezidenti Zaur Axundovu, futzalçılarımızı təbrik eidrən. Özü də tək meydanda olanları yox, hamısını. Komanda ilə psisxoloji söhbətlərimiz çox oldu. Oyunçulara izag edirdim ki, evdə təşəbbüs bizdə olmalıdı. Bu gün daha yaxşı oynadıq.

İlk 8 dəqiqədə hesabda geridə idik. Hansı hissləri keçirirdiz?

- Sakit idim. Nəzarət bizdə idi. Bilirdim ki, qollar gələcək.

Sizi tək qələbəylə yox, həm də müqavilənizin uzadılması ilə əlaqədar təbrik edirik. Ancaq bu tsikl istədiklərimizi görmədik...

- Hər bir oyunçusu təhlil edəəcyik. Razıyam, final mərhələsi üçün güclənməliyik. Ancaq konkret hələ heç nə yoxdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti