"2-3 ciddi səhv buraxdıq, Azərbaycan qrupun ən güclüsüdü"

10 Aprel 2017 08:36 Futzal 611
"2-3 ciddi səhv buraxdıq, Azərbaycan qrupun ən güclüsüdü"

“Azərbaycan çox güclü rəqibdi. Biz isə indiyə qədər bu mərhələyə yüksəlməmişik. İlk dəfədir əsas mərhələdə çıxış edirik” - Sportinfo.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Albaniya millisinin baş məşqçisi Erind Resuli deyib.

AÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşan albanlar 0:5 hesablı məğlubiyyətə üzülüblər. Görüş başa çatdıqdan sonra matç haqqında fikirlərini bölüşən Resuli bunları deyib: “Oyuna gəldikdə, birinci hissədə bərabərsəviyyəli qarşılaşma izlədik. Bir səhv etdik və Azərbaycan millisi bundan faydalandı.

Bizim isə azı 2 real qol şansımız oldu. Komandamın fasiləyə qədər daha yaxşı oynadığını düşünürəm. Bu sözləri ikinci hissə haqda deyə bilmərəm. 2-3 ciddi səhv buraxdıq. Hesab 3:0 olduqdan sonra bizim üçün hər şeyin bitdiyi aydınlaşdı.

Qələbə münasibəti ilə komandanızı təbrik edirəm. Xüsusilə də qapıçınız çox yaxşı oynadı, ən azı 3-4 epizodda vacib reaksiya nümayiş etdirdi və qol vurmağımıza imkan vermədi. Fikrimcə, Azərbaycan millisi qrupun ən güclüsüdür. Komandanız kifayət qədər təcrübəli və səviyyəli futzalçılardan qurulub”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM