“Düzdü, qalib gələndə kənardan hər şey yaxşı görünür. Bu gün müdafiə və hücum xətti çox yaxşı oynadı. Nə fikirləşmişdiksə, oyunçularımız hamısını yerinə yetirdilər və qələbə qazandıq. Uşaqlara təşəkkür edirəm" - Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan futzal yığmasının baş məşqçisi Boro Jade bildirib.
Avropa çempionatının əsas seçmə mərhələsində Albaniya yığmasına 5:0 hesabı ilə qalib gəlkdikləri matç haqda fikirlərini bildirən braziliyalı mütəxəssis birinci hissədən sonra oyunçulara tapşığından söz açıb: "Dedim ki, onlarla birə-bir oynasınlar. Komandaya dəvət etdiyim və birgə işlədiyim futzalçılara inanıram. Meydana kimi buraxacağımla bağlı vəziyyətə uyğun qərar verirəm. Dünən Xətai Bağırov oynamadı, amma bu gün bütün oyunu meydanda keçirdi. Mümkün qədər hər bir oyunçuya meydana çıxması üçün şərait yaradırıq".
Jade gələcəyə nikbin baxdığını sözlərinə əlavə edib: "Gənc oyunçularla işlədikcə, güclü futzalçılarımız yetişəcək. Azərbaycanlı oyunçular texniki oyuna üstünlük verirlər. Ukrayna, Rusiya, Qazaxıstan və Azərbaycanda oynamışam, düşünürəm ki, sizin oyunçuları texnikasına görə ukraynalılarla müqayisə etmək olar.
Mən işlədiyim bütün futbolçulara inanıram. Vəziyyətə görə qərar verirəm. Dünən Xətai oynamadı, bu gün bütün oyunu meydanda keçirtdi. İmkan, şərait yaradırıq, futbolçuda da inam yaranır. Məşqlərdə baxıram, hansı oyunçu hücum və müdafiəplanlarını daha yaxşı qavrayırsa, planlarıma uyğun gəlirsə, onu da oyuna salıram,
Elə bir məşq yoxdu ki, oyunçular kobud oynamasınlar. Təbii ki, mən xəbərdarlıq edirəm ki, arxası qapıya olan heç kimə toxunmayın. Ancaq oyun epizodunda belə vəziyyətlər olur. Bu gün hakimlər də oyunu yaxşı idarə etdilə
İlk oyundan sonra daha əvvəl burda çalışmış həmyerlilərimin hansındansa təbrik aldımmı? Miltinyo zəng edib təbrik elədi. Bəlkə də digərlərinin vaxtı olmayıb. Bəlkə də qrupun sonunu gözləyirlər. Bizim indi bütün hədəfimiz 100% nəticə ilə qrupdan çıxmaqdı. Təbii ki, əgər nəticə olsa, təbrik də olacaq".

