Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirib. Sportinfo.az xəbər verir ki, Biro Jadenin çalışdırdığı yığmamız ikinci sınağında Albaniya ilə qarşılaşıb. B qrupunda yer alan komandamız ilk matçında Bosniya və Herseqovinaya 5:4 hesabı ilə qalib gəlmişdisə, albanlar Macarıstana 3:4 hesabıyla uduzmuşdu.
Futzalçılarımız qrupdan çıxmaq üçün Albaniya ilə görüşdə də uğur qazanmağa borcluydular. Gözlənildiyi kimi, millimiz bu görüşdən inamlı qələbə ilə ayrılıb. Qrupun digər oyununda Bosniya və Herseqovina Macarıstanla üz-üzə gəlib. Dörd qolun vurulduğu bu görüşdə qalib müəyyənləşməyib. Bu nəticələrdən sonra yığmamız B qrupunda vahid liderliyə yüksəlib.
Azərbaycan - Albaniya 5:0
Qollar: Qallo, 3 (1:0). Eduardo, 26 (2:0). Vassura, 28 (3:0). N.Məmmədkərimov, 35 (4:0). X.Bağırov, 36 (5:0).
Bakı idman sarayı.
Azərbaycan: 12. Rövşən Huseynli, 5. Fineo, 6. Eduardo, 8. Rizvan Fərzəliyev (k), 13. Qallo.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 2. Faiq Əliyev, 3. Bolinya, 4. İsa Atayev, 7. Nihad İsmayılov, 10. Vassura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov.
Baş məşqçi: Biro Jade.
Albaniya: 12. Qaşi, 4. Beqay (k), 8. A.Brahimi, 10. Meyzini, 11. Selmanay.
Ehtiyat oyunçular: 1. Rrapi, 2. Aqolli, 3. Alibequ, 5. Karaya, 6. Mullay, 7. T.Şkodra, 9. Kaça, 13. A.Şkodra, 14. Duyo.
Baş məşqçi: Erind Resuli.
Bosniya və Herseqovina - Macarıstan 2:2
Bakı idman sarayı.
|
Yer |
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
|
1 |
Azərbaycan |
2 |
2 |
0 |
0 |
10:4 |
6 |
|
2 |
Macarıstan |
2 |
1 |
1 |
0 |
6:5 |
4 |
|
4 |
Bosniya və Hrs. |
2 |
0 |
1 |
1 |
6:7 |
1 |
|
3 |
Albaniya |
2 |
0 |
0 |
2 |
3:9 |
0 |

